Modern.az

Dünya ölkələri 1 May bayramını necə qeyd edir?

Dünya ölkələri 1 May bayramını necə qeyd edir?

Mədəni̇yyət

1 May 2020, 17:23

Bu gün 1 May Beynəlxalq Əmək Bayramıdır. Sovet İttifaqının ən önəmli bayramlarından biri sayılan 1 may zəhmətkeşlərin paradları ilə müşayiət olunurdu.

 

Bu bayram tək Sovet İttifaqında deyil, dünyanın başqa-başqa ölkələrində də qeyd olunurdu.

Amma bayramın tarixi faciəli idi. Belə ki, 1896-cı ildə mayın 1-də Amerikanın Çikaqo şəhərində 300 mindən çox fəhlə hər gün 10-15 saat işləmələrinə etiraz edərək nümayişə çıxıb, 8 saatlıq iş günü və istirahət hüququ tələb edir. Tətil qısa müddətdə Amerikanın digər sənaye mərkəzlərinə də yayılıb. Sonaralar Avropanın iri şəhərlərində, o cümlədən Rusiyada da fəhlə tətilləri başlayıb.
Üç il sonra, 1889-cu ildə fəhlə partiyalarının beynəlxalq birliyi- İkinci İnternasionalın iştirakçıları Paris konqresinə toplaşaraq 1 may gününü bütün dünya fəhlələrinin həmrəylik günü elan ediblər. Dünyada ilk dəfə 1890-cı ildə bu bayramı qeyd ediblər.

 

Amma 1 May bayramı hər ölkədə fərqli qeyd olunur. Modern.az xəbər verir ki, əksər ölkələr bu günü zəhmətkeşlərin günü kimi deyil, yazın gəlişi, gözəllik və sevgi günü kimi qeyd edir.

İtaliyada 1 may daha çox gül bayramı kimi qeyc olunur. Gənclər sevdiyi qızlara öz hissələrini etirafv edirlər. Bütün günü küçələrdə mahnılar oxunur, atəşfəşanlıq keçirilir. Kilsə və məbədlər gül-çiçəklə bəzədilir.

 

İtaliyanın Siciliya adasında isə insanlar küçələrə çıxaraq sahələrdən gül toplayırlar.

 

Fransada isə insalar biri-birinə zanbaq hədiyyə edirlər. Bu gün fransızlar aktiv aksiyalar keçirir, 1 May bayramını qeyd edirlər. Bu ölkədə zəhmətkeşlərin yürüşləri sağçı və solçılar arasında toqquşmalarla müşahidə olunur.

İspaniyada 1 may – Yaşıl Santyaqo yəni gözəllik və sevgililər günüdür. Oğlanlar qızlara qərənfil və qızılgüllər hədiyyə edirlər.

 

Skandivaniya ölkələrində 1 may günü “Qu quşu günü” kimi qeyd olunur. Skandivan inanclarına görə bu gün tonaqllar qalanır, mahnılar oxunur, yeməklər bişirilir. Skandinav xaqlları hesab edir ki, belə gündə ifritə və cinlər toplaşırlar. Qalanan tonqal isə onlara insanlara pislik etməyə mane olur.

 

Cənubi Koreyada 1 may günü Buddanın ad günü kimi qeyd olunur. Buna görə insanlar çoxminli yürüşlər edir, şənliklər təşkil edir.

 

Cənubi Afrika Respbublikası 1 mayı Əmək bayramı kimi fəal qeyd edir. Bu gündə həmkarlar ittifaqları sərgilər tışkil edir, xalq yaradıcılıq nümaunələrinin satışını təşkil edirlər.

 

ABŞ SSRİ ilə rəqabətdə olduğu üçün Əmək bayramını mayın 1-də deyil, sentybarda qeyd edir. Bununla bağlı, qadağalara baxmayaraq, mühacirlər, ictimai təşkilatlar və həmkarlar ittifaqları 1 mayda aksiya keçirməyə cəhd edirlər.

 

Böyük Britaniyada 1977-ci ildən 1 May rəsmi bayram günüdür. O zamanlar hakimiyyətdə olan Leyboristlər Partiyası bu günbü bayram elan edib.

1980-ci il hərbi çevrilişindən sonra Türkiyədə 1 May bayramı qadağan olunub. Buna baxmayaraq, hər il yüzminlərə insanın İstranbul, Ankara, İzmir və s. şəhərlərdə çoxminlik aksiyalarına görə, hökumət onlara güzəştə getməyə məcbur olub.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!