Modern.az

Milli Məclisin 5 may iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin 5 may iclasının gündəliyi AÇIQLANDI

2 May 2020, 16:42

Milli Məclisin mayın 5-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

Modern.az-ın xəbərinə görə, toplantının gündəliyinə 11 məsələ daxil edilib.

 

İclasda “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”, “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”, “Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, Vergi Məcəlləsinə və s qanunlara dəyişiklik layihələri müzakirəyə çıxarılacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir