Modern.az

Hər il 15 milyona yaxın körpə vaxtından əvvəl doğulur - PROBLEM

Hər il 15 milyona yaxın körpə vaxtından əvvəl doğulur - PROBLEM

3 May 2012, 16:34

Hər il 15 milyona yaxın körpə,  təxminən 10 uşaqdan 1-i vaxtından tez doğulur. Bununla birgə vaxtından tez doğulmuş körpələr ömrünün ilk 10 günündə həyatını itirir. Vaxtından tez doğulan körpələrin göstəricisinə görə, ABŞ və Braziliya ilk onluqdadır. Belarus, Latviya, Litva , Estoniya  bu göstəriciyə görə sonuncular sırasındadır .

Modern.az BMT-nin rəsmi saytına istinadən bildirir ki, bu barədə Beynəlxalq Səhiyyə Təşkilatının erkən doğumlarla bağlı açqıladığı hesabatda bildirilib. 

Problemin “qlobal hadisə” adlandırıldığı sənəddə deyilir ki, erkən doğumun səviyyəsi 15 %-dən yuxarı olan 11 ölkə Saxaranın cənubunda Afrikada yerləşir. Erkən doğulanlar dünyada doğulan körpələrin 11,1 %-ni təşkil edir.

Hesabatda qeyd olunur ki, erkən doğum problemi ölkənin gəlir səviyyəsiylə ölçülmür. Çünki ABŞ və Braziliya  erkən doğum göstəricisinə görə ən ön sıralardadır. ABŞ-da bu hal bütün doğulanların  təxminən 12 %-ni, yəni  9 uşaqdan birini təşkil edir.

Erkən doğumun  ən yüksək göstəricisi  olan ölkələr bəlli olub. 100  erkən doğumun 18-i Malavidə və Komor adalarında, 16-dan 6-sı Konqo Respublikasında, 16 erkən doğuşdan 7-si , Zimbabvedə, 15–dən 8-i Pakistanda və digər ölkələrdə qeydə alınıb.

Ən aşağı göstərici isə Belarus, Ekvador,  Latviya, Finlandiya, Xorvatiya,  Litva,  Estoniya, Yaponiya, İsveçrədə müşahidə olunub.

Aygün Asifqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi