Modern.az

Nizami Xudiyev koronavirusa yoluxub?– AÇIQLAMA

Nizami Xudiyev koronavirusa yoluxub?– AÇIQLAMA

Hadisə

3 May 2020, 10:31

Filologiya elmləri doktoru, professor Nizami Xudiyevin COVİD-19 pandemiyasına yayıldığı iddia olunur. İddialara görə, professor koronavirus infeksiyasına çətinliklə olsa da, qalib gələ bilib.

 

Modern.az səslənən iddialara cavab almaq üçün Nizami Xudiyevlə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında belə bir halın baş vermədiyini bildirib:

 

“Bilmirəm, bu yalanı kim yayıb?!  Kimin yaydığını bilsəm, ona nə deyəcəyimi yaxşı bilirəm. Koronavirusa yoluxmamışam”.

 

Nizami Xudiyev koronavirus pandemiyasının tüğyan etdiyi dönəmlərdə xəstələnmədiyini də deyib:

 

“Heç qrip də olmamışam”.

 

Qeyd edək ki, Nizami Xudiyev O, 1994–1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb.

 

1995-2010-cu illərdə (15 il) Milli Məclisin deputatı olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı