Modern.az

Şəmkirdə bacanağını silahla öldürüb, hadisə yerindən qaçdı - TƏFƏRRÜAT

Şəmkirdə bacanağını silahla öldürüb, hadisə yerindən qaçdı - TƏFƏRRÜAT

Hadisə

3 May 2020, 12:45

Şəmkir rayonunda 28 yaşlı gəncin qohumu tərəfindən qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

 

Modern.az-ın məlumatına görə, mayın 1-də Şəmkir rayon Yuxarı Seyfəli kənd sakini, 1992-ci il təvəllüdlü Hümmətli Elnur Salman oğlu rayonun Yeni Həyat kənd ərazisində başının arxa hissəsindən odlu silahla açılan atəş nəticəsində qətlə yetirilib.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində hadisənin onun bacanağı olan, Yeni Həyat kənd sakini, 1977-ci il təvəllüdlü Etibar Binnət oğlu Süleymanov tərəfindən törədildiyi məlum olub və şübhəli şəxis qismində saxlanılıb. ("Report")

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü