Modern.az

Koronavirusun yarandığı şəhərdə məktəblər açıldı - FOTOLAR

Koronavirusun yarandığı şəhərdə məktəblər açıldı - FOTOLAR

7 May 2020, 11:05

Çinin Uxan şəhərində məktəblər açılıb.

 

Modern.az xəbər verir ki, son ayları məktəblilər distant təhsil alırdılar. Yanvarın sonlarından martın ortalarına qədər sərt karantin rejiminin hökm sürdüyü şəhərdə aprelin əvvəllərindən başlayaraq tədricən karantin rejimi yumşaldılırdı.

Məktəblərin açılması isə yumşaldılma prosesinin son mərhələsi olub.

 

Şahirdlər məktəbə girməzdən öncə temperaturları yoxlanılır, qaydaya görə əllərini tez-tez yumalıdırlar. Tədrisə ancaq yuxarı sinif şagirdləri buraxılır.

Açılışdan öncə məktəb ərazisi dezinfeksiya edilib. Bütün şagirdlər isə maskada və xüsusi arakəsmə ilə bir-birindən ayrılıblar. Uxan şəhərində 50 min şagirdə tədrisə başlayıb.

 

Xatırladaq ki, COVİD-19 virusu ilk olaraq Uxan şəhərində yayılmağa başlayıb.  

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər