Modern.az

Dərslər iyunun 1-də bərpa ediləcək? - Təhsil nazirindən AÇIQLAMA

Dərslər iyunun 1-də bərpa ediləcək? - Təhsil nazirindən AÇIQLAMA

Təhsil

7 May 2020, 17:07

“İyunun 1-dən tədris prosesinin bərpa edilməsi nəzərdə tutulmur”.


Modern.az
-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Byaramov bildirib.

 

Nazir qeyd edib ki, tədrislə bağlı müvəqqəti qaydalar hazırlanıb:

 “İmtahanların keçirilməsi ilə bağlı yeni normalar hazırlanıb. Yaxın günlərdə sənədin təsdiq edilməsi planlaşdırılıb. Fərqli yanaşmalar olacaq. Normativ və hüquqi baxımından məsələlər müzakirə olunur. Bu prosesi tənzimləyən qaydalar sənədi baş nazirə təqdim olunub. Təkliflər mövcud vəziyyətə uyğun şərait nəzərə alınaraq hazırlanıb".

C.Bayramovun sözlərinə görə, koronavirusa yoluxma halları artasa, müddətin yenidən uzadılması mümkündür.

Nazir deyib ki, 2019-2020-ci tədris ilinin sonu üçün şagirdlərin biliyinin qiymətləndirməsi prosesinin keçirilməsi nəzərdə tutulmayıb.

Onun sözlərinə görə, yeni tədris ilinin birinci yarımil üzrə qiymətlər əsas götürüləcək və sinifdən sinfə keçirilməsi məsələsinə baxılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?