Modern.az

İstanbulda qalan 212 azərbaycanlı Bakıya gətirildi - FOTOLAR

İstanbulda qalan 212 azərbaycanlı Bakıya gətirildi - FOTOLAR

7 May 2020, 20:23

Bu gün Azərbaycanın milli aviaşirkəti tərəfindən İstanbuldan Bakıya iki çarter reysi həyata keçirilib.

Modern.az xəbər verir ki, həmin reyslərlə 212 Azərbaycan vətəndaşı Bakıya gətirilib.

Qeyd edək ki, daha əvvəl bu həftə AZAL aviaşirkəti tərəfindən Moskvdan Bakıya daha bir çarter reysi həyata keçirilib. Həmin reysdə 169 nəfər həmvətənlimiz olub.

Ölkəyə gələn sərnişinlərin hamısı mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, AZAL aviaşirkəti həmvətənlərimizin vətənə geri qaytarılması üzrə çarter reyslərini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edildiyi plana uyğun olaraq həyata keçirir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır