Modern.az

İrəvandakı partlayışın səbəbi araşdırlır - xəsətəxanalar yaralılarla doludur

İrəvandakı partlayışın səbəbi araşdırlır - xəsətəxanalar yaralılarla doludur

5 May 2012, 13:30

Ermənistan paytaxtı İrəvanın mərkəzi meydanında partlayış nəticəsində 154 adam zərər çəkib. BBC-nin məlumatına görə, hazırda 76 nəfər İəvanın müxtəlif xəstəxanalarındadır, onların 25-i reanimasiya şöbələrində yerləşdirilib.

Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, xəsarət alanlardan dördünün vəziyyəti ağır, 12-nin – orta ağır kimi qiymətləndirilir, digərlərinin bir-iki gün ərzində xəstəxanadan çıxacaqları bildirilir.

Partlayış İrəvanın mərkəzində yerləşən Respublika meydanında prezident Serj Sərkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasının seçkiqabağı kampaniyasının sonu münasibətilə keçirilən konsert zamanı baş verib. Ötən axşam saat 19:30 radələrində gənclərin havaya buraxmağa hazırlaşdığı üstünə Ermənistan Respublikaçılar Partiyasının adı yazılmış qazla dolu şarların partlayışı bədbəxt sonluqla nəticələnib.
Partlayışdan təxminən 10 dəqiqə sonra prezident Serj Sərkisyanın çıxış üçün hazırladığı nitqi oxuduğu, lakin hadisə barədə bir söz də demədiyi xəbər verilir.

Hadisədən sonra Serj Sərkisyanın xəstəxanalarda yaralılananlara baş çəkdiyi bildirilir. O, əhalini təşvişə düşməməyə çağırıb

Hüquq mühafizə orqanları istintaqa başlayıblar. Partlayışın bir neçə səbəbi nəzərdən keçirilir.


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi