Modern.az

Gənc aktyorlar əyalət teatrlarına getməkdən boyun qaçırırlar

Gənc aktyorlar əyalət teatrlarına getməkdən boyun qaçırırlar

11 Yanvar 2010, 12:55

Regionlarda fəaliyyət göstərən teatrların monitorinqi aparılacaq. Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımovun sözlərinə görə, monitorinq Mingəçevir, Gəncə, Şəki və Qax rayonlarında fəaliyyət göstərən teatrları əhatə edəcək: «Monitorinq Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə «Regionlarda teatrların vəziyyətinin monitorinqi: problemlərin müyyənləşdirilməsi və ictimai müzakirələrin təşkili» layihəsi çərçivəsində baş tutacaq. Layihənin əsas məqsədi regionalarda teatların probelmlərini aktuallaşdırmaq və ictimai maraqları gücləndirməklə teatr sənətinin inkişafını gücləndirməkdir. Dörd ay müddətində həyata keçiriləcək layihə çərçivəsində əvvəlcə həmin teatrlarda monitorinq aparilacaq, sonra isə ictimai müzakirələr keçiriləcək. Regionlarda teatrların vəziyyətinin monitorinqini aparmaqla teatr prosesində idarəetmənin optimallaşdırılması, bu sahədə islahatların aparılmasına ictimai dəstək veriləcək. Teatr sahəsinin bütün janrları və peşə istiqamətlərinin mövcüd vəziyyəti öyrənilərək bu sənətinin inkişafında ictimai təəşəbüslərin artırılmasına yardım ediləcək. Eyni zamanda kadr hazırlığı və ixtisasartırma sisteminin hal-hazırdakı vəziyyəti öyrəniləcək. Bununla yanaşı, teatr binalarının, təmiri və maddi-texniki bazanın hal-hazırdakı vəziyyəti müyyənləşdiriləcək. Teatr sahəsində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsinin hal-hazırdakı durumu öyrəniləcək. Teatr əməkdaşları ilə müzakirələr aparacaq və təkliflər öyrəniləcək».

X.Kazımovun sözlərinə görə, Azərbaycan höküməti teatr sənətinin inkişafı istiqamətində mühüm tədbirlər görsə də, cəmiyyətin teatra marağı hələ də ürəkaçan səviyyədə deyil. Xüsusən, regionlarda teatrların binalarının mövcüd vəziyyəti, texniki təchizat sistemləri və aktyorların sosial təminatları ilə bağlı problemlər mövcuddur.  Digər tərəfdən regionlarda teatr sahəsinin adamlarının az olması, insanları regionlarda işləməyə maraq göstərməməsi də regionlarda teatrın inkişafına mənfi təsirini göstərib. “Maraqlıdır ki, gənc aktyorlar da əyalət teatrlarına getməkdən boyun qaçırırlar. Paytaxt teatrlarından fərqli olaraq əyalətdəki teatrların problemləri daha çoxdur. Çünki sovetlər dönəmində aktyor rayonlara işləməyə gedəndə onu yataqxanada yerlə təmin edirdilər. Müəyyən vaxt keçdikdən sonra isə ona ev verilirdi. Amma indi bu ənənə pozulub. Bu gün gənc aktyor rayona gedib öz maaşı ilə kirayədə qala bilməz».  

X.Kazımovun sözlərinə görə, monitorinqlər başa çatdıqdan sonra Bakı şəhərində iki dəfə ictimai müzakirələr keçiriləcək: «Müzakirələrdə Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssislərinin, tanınmış aktyorların, mədəniyyət xadimlərinin və ictmaiyyət nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Regionlarda teatrların problemlərinin öyrənilməsi ilə və aparılan ictimai müzakirələrin yekunu olaraq bu problemlər aktuallaşdırılacaq ».

Qeyd edək ki, hazırda respublikada fəaliyyət göstərən 27 dövlət teatrı və bu şəbəkəyə daxil olan digər qurumlar mövcuddur. Ölkəmizə Ermənistanın hərbi təcavüzü nəticəsində İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa, Füzuli, Ağdam Dövlət Dram teatrları qaçqın və məcburi köçkünlük şəraitində fəaliyyət göstərirlər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir