Modern.az

“2” alan şagirdlər sinifdə qalacaq - Təhsil Nazirliyi

“2” alan şagirdlər sinifdə qalacaq - Təhsil Nazirliyi

Təhsil

8 May 2020, 14:32

Təhsil Nazirliyi xüsusi karantin dövründə orta təhsil müəssisələrində şagirdlərin qiymətləndirilməsi ilə bağlı detalları açıqlayıb.

 

Modern.az xəbər verir ki, I-VIII və X (xüsusi təhsil müəssisələrində XI) sinif şagirdləri təhsil aldıqları sinifdən yuxarı sinfə tədris olunan bütün fənlərdən illik qiymətləri müsbət (“3”, “4”, və ya “5”) olduğu halda keçirilirlər. 

 

2019-2020-ci dərs ilinin I yarımilində biliyi qiymətləndirilməyən və ya bəzi fənlərdən "2" qiymət alan şagirdlər üçün növbəti tədris ilinin başlanması ərəfəsində təhsil müəssisəsi tərəfindən təkrar qiymətləndirmə təşkil ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır