Modern.az

Deputatlardan şuşalı qızın parlamentdəki çıxışına REAKSİYA

Deputatlardan şuşalı qızın parlamentdəki çıxışına REAKSİYA

9 May 2020, 11:38

Ötən gün Milli Məclisdə Şuşanın işğal günü ilə əlaqədar olaraq ilk dəfə fərqli üsubda olan çıxış sərgiləndi. Belə ki, Şuşadan olan, lakin heç zaman əslən olduğu bölgəni görə bilməyən bir şuşalı gənc xanım öz təəssürratlarını, acı dolu hislərini tribunada çıxış edərək səsləndirdi.

Maraqlıdır, bu cürü emosional çıxışı deputatlarımız necə qiymətləndirir? Tarixi günlərdə təkrar bu cür çıxışların olmasına ehtiyac varmı?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Deputat Asim Mollazadə bu çıxışın işğal olunmuş torpaqları qaytarmaq üçün olan mübarizəmizi daha da gücləndirəcəyini deyir:

 

“Şuşadan olan xanımın çıxışını çox gözəl qiymətləndirirəm. Düşünürəm ki, emosional çıxış hamıya ruh verdi. Çünki hər bir azərbaycanlı üçün Şuşanı itkisi böyük bir əzabdır. Təəssüf ki, biz böyük dəyərimizi hələ də geri qaytara bilməmişik. Şuşada olmayan şuşalı qızın çıxışı ilə biz öz mübarizəmizi daha da gücləndirəcəyik. Azərbaycan öz torpaqlarını, öz Şuşasını geri qaytarmalıdır. Bu cür çıxışlar çox vaxt almır, ona görə də tarixi günlərdə bu səviyyədə hazırlanan çıxışların təkrar olmasını mən mənfi qiymətləndirmirəm”.

 

Deputat Aqil Abbas deyir ki, işğal olunan torpaqları bu cür çıxışlarla qaytarmaq olmaz:

 

 

“Şuşalı xanımın çıxışı məni o qədər də təəccübləndirmədi çünki mən o söylənilənləri demək olar hər gün yaşayıram. Amma xanımın çıxışını normal qiymətləndirirəm, gəldi və hamıya çağırış etdi. Milli Məclisdə bəziləri kövrəldi, ümumilikdə yaxşı çıxış idi. Amma hər işğal olunan rayon üçün təkrar çıxış olsa onda Milli Məclisin işləri gecikər. Parlament özü bu məsələni qaldırmalıdır, yəni bir uşağın gəlib danışması ilə heç nə olmur, deputatların bu barədə çıxışı olub. Azərbaycanın nə qədər ağrılı yeri, faciəsi var hər hadisə üçün parlamentdə çıxış olsa daha Milli Məclisin işi nə olar ki?!

Həm də ki, Azərbaycan gücünü yığıb müharibə etməlidir. İşğal olunmuş torpaqları bu cür çıxışlarla, XİN-in bəyanatları ilə qaytarmaq olmaz. Torpaqlarımızın qaytarılması ancaq müharibə yolu ilə ola bilər, müharibənin nə zaman olacağını demək isə mənim səlahiyyətimdə deyil”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir