Modern.az

“Prezident təqaüdü vermək üçün hər il 70 şair və yazıçını haradan tapırlar?” - Emil Rasimoğlu  

“Prezident təqaüdü vermək üçün hər il 70 şair və yazıçını haradan tapırlar?” - Emil Rasimoğlu  

Ədəbi̇yyat

9 May 2020, 14:50

“Azərbaycan Yazıçılar Birliyi bu il Prezident təqaüdü alacaq şəxslərin siyahısını Mədəniyyət Nazirliyinə təqdim edib. Ancaq yenə adəti üzrə siyahının kimlərdən ibarət olmasını açıqlamayıb. Niyə?Nədən, kimdən çəkinirlər? Nədir onları hər il bu gizli addımı atmağa vadar edən? Yoxsa yenə Anarın diktaturası, Rəşad Məcidin, Fikrət Qocanın siyasi gedişləridir? Hər il 3-5 nəfərin adı bəlli olur, vəssalam!”

 

 

Bunu Modern.az-a açıqlamasında Prezident təqaüdçüsü, şair Emil Rasimoğlu deyib. Prezident təqaüdçüsü AYB-nin hər il yetmiş nəfəri necə, hansı meyarların əsas götürülərək müəyyənləşdirdiyini söyləməkdə çətinlik çəkdiyini bildirib:

 

 

“Axı, nə az, nə çox 70 nəfər şəxsdi. Kimdi bu 70 nəfər? Bir desinlər, biz də bilək. Bunlar 10 milyon əhalisi olan bir ölkədə hər il yetmiş nəfər yazıçını, şairi necə, hardan tapırlar? Doğrudan da başa düşmək, anlamaq çətindir. Digər tərəfdən, axı, Yazıçılar Birliyinin ölkəni əhatə edəcək elə bir fəaliyyəti də yoxdur ki, deyəsən ki, əyalətlərdə dinamik ədəbi mühit yaranıb, rayonlardan, kəndlərdən istedadlar tapılıb üzə çıxarılır.

 

 

Yaxşı, indi necə edək, AYB-dən ölkə rəhbərliyinə müraciət edəkmi? Bu qurumun fəaliyyətinin bir tərəfi həmişə pərdə arxasındadır.Haçana qədər, ay Anar müəllim?! Bir də ki, hər il 70 nəfərə Prezident təqaüdü verincə olmazmı ki, bir dəfə Prezident təqaüdü ilə təltif olunan həmin mükafatı bir neçə il alsın? Mən burada özümü nəzərdə tutmuram. Əsla! Heç ehtiyacım da yoxdu. Sadəcə adının açıqlanmaması qədər istedadsızlığa malik olan bir sıra şəxsləri siyahıya salıb onları təltif edincə hər il nəzərdə tutulan say azaldılıb təqaüdün ili uzadılsa daha hörmətli və məqsədəuyğun olar”.

 

Tural Turan

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir