Modern.az

Rusiyadan qayıda bilməyən azərbaycanlılar üçün yerləşmə məntəqəsi açılır

Rusiyadan qayıda bilməyən azərbaycanlılar üçün yerləşmə məntəqəsi açılır

10 May 2020, 10:01

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Dağıstan Respublikası üzrə İdarəsi koronavirus pandemiyası fonunda sərhədlərin bağlanmasına görə vətənə qayıda bilməyən Azərbaycan vətəndaşları üçün müvəqqəti yerləşmə məntəqəsi açacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə bazar günü TASS-a Rusiya Federasiyasının FHN-nin mətbuat xidmətində bildiriblər.

 

"Rusiya FHN-in Dağıstan Respublikası üzrə Baş İdarəsinin avtomobil qatarı Mahaçqaladan Məhərəmkənd rayonuna 210 nəfərlik insan üçün avadanlıq çatdırdı. İşə təxminən 30 nəfər cəlb edilib", - mətbuat xidmətində deyiblər.

 

FHN-də əlavə ediblər ki, hazırda region ərazisində qonşu dövlətin koronavirusun yayılmasına görə dövlət sərhədinin müvəqqəti bağlanması ilə əlaqədar evə çata bilməyən böyük sayda vətəndaşı var. 

 

Müvəqqəti yerləşmə məntəqəsinin açılması haqqında qərar Dağıstanın Respublikasının rəhbəri Vladimir Vasilyevin koronavirusun yayılması xəbərdarlığı üzrə operativ qərargaha müraciətinə əsasən Rusiya ərazisindəki xarici vətəndaşlara yardım məqsədilə qəbul edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir