Modern.az

Saçların tökülür? - Onda loğmanın bu məsləhətinə əməl et

Saçların tökülür? - Onda loğmanın bu məsləhətinə əməl et

11 May 2020, 08:43

Qeyri-sağlam həyat tərzi yaşayan yeniyetmələr və gənclər görmə qabliyyətinin zəyifləməsi, dişlərin kariyesə uğraması və saçların tökülməsi kimi xoşagəlməz problemlərlə rastlaşır. Aldığım sualların çoxu saçlarla bağlı olur. Bu günkü söhbətimiz saçlarla bağlı olacaq.

Əvvala, onu deyim ki, düzgün qidalanan adamın saçları tökülmür və erkən ağarmır. Yəni, bişmiş xörəkləri çiy qidalardan 3 qat az yeyən, uzlaşmayan qida növlərini qarışdırmayan, kifayət qədər çiy su içən gənclər özlərinə belə problemlər yaratmırlar.

Lakin bəzi gənclərin düzgün qidalanmağa iradəsi çatmır və onlarda saç problemi yaranır. Nə etməli?

Saçı tökülənlərə belə bir məhlul məsləhət görürəm. 3 xörək qaşığı soğan şirəsinə 1 xörək qaşığı limon şirəsi, 3 xörək qaşığı zeytun yağı və 1 çay qaşığı təmiz bal qatıb, yaxşı-yaxşı qarışdırın. Məhlulu səliqə ilə başın dərisinə yeridin. 1-2 saat saxlayın. Başı 1 xörək qaşığı limon şirəsi qatılmış su ilə sabınsız yuyun və həmişə açıq saxlayın. Məhlulun qalanını soyuducuda saxlaya bilərsiniz.

Bu tədbiri həftədə 3 dəfə terinə yetirmək kifayətdir. 3 həftədən sonra nəticəsi görünəcək. Davam edin. Ondan dazlar da istifadə edə bilər.

Ərşad Əzimzadə,
"Ana Təbiət" NGM-nin rəhbəri.
11.05.2020

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub