Azərbaycanın işğal olunmuş ərazilərində COVID-19-a yeni yoluxma halları aşkar olunub.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən gün işğal altındakı Kəlbəcər rayonunun Qılıçlı kəndində və Şuşa şəhərində 4 yeni yoluxma faktı qeydə alınıb.
Hazırda 14 nəfər koronavirusa yoluxub. Onlardan 8 nəfərin müalicəsi davam etdirilir. COVID-19-a yoluxma halları Kəlbəcər, Şuşa, Laçın və Xankəndində aşkar olunub.