Modern.az

YAP-a dönük çıxan MƏMURLAR...

YAP-a dönük çıxan MƏMURLAR...

11 May 2020, 13:02

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) son vaxtlar həyata keçirdiyi əməliyyatlarda bəzi icra başçılarının korrupsiya və rüşvətxorluq əməlləri aşkarlanır. Bu cür icra başçları təkcə vəzifədən azad edilmir, həm də hüquqi cəzalarını alırlar.

Həbs edilən icra başçlarının Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olmaları cəmiyyətdə pıçhapıç doğurub. Əksəriyyət düşünür ki, həmin icra başçıları xalqa, dövlətə xəyanət etməklə yanaşı, üzvü olduqları Yeni Azərbaycan Partiyasının ideyalarına da dönük çıxıblar. Həmçinin, ölkə başçısının xəbərdarlıqlarını da qulaqardına vurublar.

O zaman sual olunur: niyə YAP-ın vəzifədə olan bəzi üzvləri iqtidarı gözdən salır, partiya ideyalarının arxasınca getmir?

Milli Məclisin Energetika, ekologiya və təbii ehtiyatlar komitəsinin sədri Sadiq Qurbanov mövzu barədə Modern.az-a danışarkən bildirib ki, bəzi adamlar çirkin niyyətlərini partiyaya üzv olmazdan öncə planlayır:


“Hər bir insanın göstəriciləri var. Həmin göstəricilər də onunkeçdiyi həyat yolu, sədaqətlilik ölçüsüdür. Bəzən isə bu göstəricilər aldadıcı olur. Çünki bu və ya digər formada başqa niyyətlər altında məqsədə çatmaq üçün Yeni Azərbaycan Partiyasına daxil olurlar. Bu müddət ərzində çalışırlar ki, öz çirkin niyyətlərini həyata keçirsinlər.  Yeni Azərbaycan Partiyasının xüsusi ideologiyası var. O ideologiyanı mənimsəməyən adamlar əvvəl-axır əsl niyyətlərini ortaya qoyurlar. Çünki həyat tərzini heç vaxt o ideologiya üzərində qura bilməyən şəxs nə vaxsta YAP-dan çıxır. Bu, dəfələrlə sübut olunub. Hətta Yeni Azərbaycan Partiyasının ilk yarandığı vaxtlarda iştirak edənlərdən də çirkin niyyətlərini ortaya qoyanlar olub. Çünki onlar Heydər Əliyev ideyasını mənimsəyə bilmədilər. O ideyanı mənimsəmək Azərbaycanı sevmək, Azərbaycanın qeyrətini, namusunu çəkmək, ölkəmizin inkişafı üçün bilik və bacarıqlarını maksimum istifadə etmək, bu yolun davamçısı olan İlham Əliyev siyasətini ardıcıl davam etdirmək, vətəndaşın yanında olmaq, onun problemlərinin həllinə çalışmaq deməkdir”.


Komitə sədrinin sözlərinə görə, Yeni Azərbaycan Partiyası cənab prezidentin həyata keçirtdiyi işlərin, irəli sürdüyü təşəbbüslərin arxasınca gedir:

“Bu belə də olmalıdır. Başqa cür ola da bilməz. Bu gün yerli icra hakimiyyəti orqanlarında baş verənlər cəmiyyətdə birmənalı qarşılanmır. Bu məsələdə Yeni Azərbaycan Partiyasının yox, xalqın münasibəti var. Partiya üzvü olmaq çox şərəfli işdir. Çünki Yeni Azərbaycan Partiyası Heydər Əliyev ideyalarını yaşadan və onu davam etdirən bir partiyadır. Heydər Əliyev elə bir yol cızıb ki, o yol bizi xoşbəxtliyə aparır. Təəssüf ki, bəzən bizim aramızda olanlar da yolunu azırlar”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir