Modern.az

Uzaq Sibirdə Azərbaycan mədəniyyətini yaşadan “Odlar Yurdu” – VİDEO

Uzaq Sibirdə Azərbaycan mədəniyyətini yaşadan “Odlar Yurdu” – VİDEO

Diaspor

11 May 2020, 15:17

Rusiyanan Sibir regionunda yerləşən Krasnoyarsk şəhərində Azərbaycan icması tarixi vətənindən minlərlə kilometr uzaqda olsa da, milli adət-ənəni yaşatmaq üçün böyük işlər görür.

 

Modern.az xəbər verir ki, Krasnoyarskda artıq 12 ildən çox müddətdir ki, “Odlar Yurdu” Azərbaycan xalq rəqs və mahnı ansamblı fəaliyyət göstərir.

Rusiya və xarici ölkələrin şəhərlərinə qastrol səfərləri təşkil edən ansambl Azərbaycan folkloru, mədəniyyəti və məişətini qorumaqda önməli rol oynayır.

“Odlar Yurdu” ansamblı yaşları 4 ilə 25 arasında dəyişən 100-dən artıq rəqqası öz sıralarında birləşdirir. Modern.az “Odlar Yurdu” ansamblının rəqs videosunu təqdim edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü