Modern.az

Sosial problemlərin həllində qadınlara dəstək

Sosial problemlərin həllində qadınlara dəstək

7 May 2012, 19:30

“Müasir Cəmiyyət və Qadın hüquqları” İctimai Birliyi “Qadınların sosial problemlərinə ictimai dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Tədbirdə İctimai Birliyin sədri, layihənin koordinatoru Xanım Əhmədzadə çıxış edərək layihə barədə məlumat verib. O qeyd edib ki, “Qadınların sosial problemlərinə ictimai dəstək” layihəsi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilir. Layihənin məqsədi qadınların sosial problemlərini ictimaiyyətin diqqətinə çatdırmaq və onların həllində ictimaiyyətin dəstəyini qazanmaqdır. Layihə üzrə hüquqşunas– ekspert İsaməddin Xamoyev isə qadın hüquqları barədə qanunvericilikdən danışıb.
O qeyd edib ki, bu sahədə bir sıra qanunların qəbul edilməsinə baxmayaraq, qadınlar arasında sosial problemlər hələ də üstünlük təşkil edir. Hüquqçünas qanunların təkmilləşdirilməsinə və ictimaiyyət arasında bu sahədə maarifləndirmə işlərinin aparılmasının zəruri olduğunu deyib. Daha sonra vitse-prezident Camaləddin İsmayılov çıxış edərək qadınların əsas problemlərindən birinin də layiqli iş yeri əldə etmələrinin çətin olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda əmək qanunvericiliyi qadınların əmək hüquqlarını qorumaq üçün yetərli hesab olunur. Buna baxmayaraq, sahibkarlar tərəfindən bəzi hallarda  hamilə və ya azyaşlı uşağı olan qadınların işə qəbuluna problemlər yaradılır: “Bu cür halların qarşısının alınması üçün maarifləndirmə işlərinin aparılması çox vacibdir”.


Modern.az 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır