Modern.az

Altı ayda iki dəfə yanan “EuroHome”dan FOTOREPOTRTAJ

Altı ayda iki dəfə yanan “EuroHome”dan FOTOREPOTRTAJ

Reportaj

12 May 2020, 16:12

Ötən gün axşam saatlarında artıq yanmasına alışdığımız “EuroHome” tikinti materialları bazarında yenidən yanğın baş verib.

 

Ona görə “alışdığımız” deyirik ki, hələ ötən ilin dekabr ayında da bu bazarda yanğın hadisəsi baş vermiş, 5 hektar ərazisi olan bazarın 2 hektarı yanmışdı. Bu dəfə isə təqribən, 22500 kv.m.-ə yaxın olan bazarın 3300 kv.m. hissəsi yanıb, ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğınla əlaqədar əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin ümumilikdə 406 nəfər canlı qüvvəsi və 54 ədəd texnikası cəlb olunub. Yanğının başvermə səbəbi araşdırılır.

 

Xatırladaq ki, bundan əvvəl baş verən yanğına səbəb kimi mağazalardan birində elektrik naqillərinin alışdığı göstərilirdi.

 

Axşam 22:51-radələrində baş verən yanğından sonra bu gün səhər saatlarında hadisə yerində olan Modern.az-ın əməkdaşı yanğın olan ərazilərdən çəkdiyi fotoları təqdim edir:

 

İsmət PAŞA

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir