Modern.az

2020-ci ildə ən çox devalvasiyaya uğrayan DÜNYA VALYUTALARI

2020-ci ildə ən çox devalvasiyaya uğrayan DÜNYA VALYUTALARI

İqtisadiyyat

12 May 2020, 21:37

2020-ci ilin əvvəllərindən dünya valyutaları pandemiya fonunda ciddi geriləmə nümayiş etdirib.

 

Modern.az xəbər verir ki, ən çox ucuzlaşma Türkiyə lirəsini izləyir. Belə ki, lirə yanvar ayının 1-dən mayın 10-na qədər olan müddətdə türk lirəsi 19,2% dəyər itirib. Əksinə, yapon ienası isə dollara qarşı 1,93% möhkəmlənərək ən etibarlı valyuta adını qazanıb.

Ən çox devalvasiyaya uğrayan valyutalar arasında Rusiya rublu (17,8%), Belarus rublu (14,5%), Qırğızıstan somu (13,4%, Ukrayna qrivnası (13,1%, Gürcüstan larisi 12,6%, Qazaxıstan tengesi 10,2%, Böyük Britaniya funt sterlinqi (6,8%), Özbəkistan sumu (6,3%) yer alıb.

 

Yanvar-may ayları arasında Avropa Birliyinin pul vahidi avro 3,4% ucuzlaşıb. Çin yuanı 1,6%, Səudiyyə Ərəbistanını rialı 0,2% dəyər itirib.

Azərbaycan manatı isə dollar qarşısında ucuzlaşmayan azsaylı dünya valyutalarından biridir.

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı