Modern.az

Şahzadə evi üçün darıxır - FOTOLAR

Şahzadə evi üçün darıxır - FOTOLAR

13 May 2020, 08:17

Şahzadə Harri başqa ölkədə özünü faydasız hiss edir, Britaniya üçün darıxır və evə qayıtmaq istəyir.


Modern.az
xəbər verir ki, xarici mətbuatın məlumatına görə 35 yaşlı şahzadə Harri və 38 yaşlı xanımı Meqan Markl 1 yaşlı övladları Arçi ilə birgə martın sonunda Kaliforniya ştatının Los-Anceles şəhərinə köçüblər. Buna qədər onlar Kanadada yaşayıblar.


Xarici mətbuat Sassekski hersoqunun yerdəyişmələri ağır keçirdiyini, yeni həyatın onun üçün bir az qəliz olduğunu yazır. Məlumalara görə, şahzadə Harri dostları ilə söhbətində əsgərlik dövrü üçün darıxdığını, həyatının başdan-ayağa dəyişdiyini deyib. Bundan əlavə o, kral imtiyazlarından imtina etdikdən sonra baş verən dəyişikliklərə alışa bilmədiyini də söyləyib.


Uzun illər kral ailə üzvlərinin həyatını şərh edən jurnalist Riçard Fitsvilyams isə müsahibəsində şahzadə Harrinin çox güman ki, yaşadığı yerdə özünü faydasız hiss etdiyini qeyd edib: “Sözsüz ki, Harri xanımı Meqan və övladı Arçi ilə birlikdə xoşbəxtdir. Amma son məlumatlar doğrudursa, demək onun bir hissəsi evə can atır”.    


Jurnalist Fitsvilyams həmçinin, şahzadə Harrinin hazırda heç bir işlə məşğul olmadığını da vurğulayıb. Belə ki, onun təqaüdçülər üçün nəzərdə tutduğu idman yarışması layihəsi pandemiya ucbatından ləğv edilib, xanımı ilə birgə xeyriyyə fondu yaratmaq planı isə təxirə salınıb. Jurnalistin sözlərinə görə, şahzadə boş oturmağı sevmir. Buna qədər o, sadə insanlara fayda verəcək işlərlə məşğul olur və özünü bütünlüklə işə həsr edirdi.


Şahzadə Harri və Meqan Markl aprelin 1-dən etibarən Britaniya kral ailəsi üzvlərinin vəzifələrini icra etmirlər. Yaxın on iki ay ərzində onlar Harrinin atası şahzadə Çarlzın köməyinə arxalana bilərlər. Şahzadə Çarlz oğlunun və gəlinin xərclərini öz şəxsi vəsaiti hesabına ödəyə bilər.


Yanvarın 8-dən şahzadə Harri və Meqan Markl Sasseksk hersoq və hersoginya titulunu saxlamaqla, kral ailəsi üzvü adından imtina ediblər. Onlar gələcəkdə dövlət büdcəsindən maliyyələşmədən də imtina edəcəklərini və maddi cəhətdən müstəqil olacaqlarını da bildirmişdilər. Bundan iki gün sonra Markl Kanadaya uçmuşdu. Şahzadə Harri isə yanvar və fevral aylarını səfərlərdə olub. O, həm Kanadadakı ailəsinə baş çəkib, həm də Böyük Britaniyada müxtəlif kral tədbirlərində iştirak edib.


A.Qorxmaz

            

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu