Modern.az

Fransadan qayıda bilməyən azərbaycanlılardan XƏBƏR VAR

Fransadan qayıda bilməyən azərbaycanlılardan XƏBƏR VAR

13 May 2020, 10:19

Koronavirusun dünya üzrə geniş miqyasda yayıldığı ölkələrdən biri də Fransadır. Belə ki, indiyədək bu ölkədə 178349 nəfər virusa yoluxub, 26994 nəfər isə pandemiya səbəbi ilə dünyasını dəyişib.

Azərbaycanlıların əsasən iş və təhsil üçün üz tutduğu ölkələrdən olan Fransada vətəndaşlarımızın vəziyyəti necədir? Onların Azərbaycana qayıtması üçün yeni çarter reys gözlənilir?


Modern.az
-ın bu və digər suallarını cavablandıran Fransada Azərbaycanlıların Koordinasiya Şurasının üzvü Toğrul Zeynalov xüsusilə tələbələrimizlə sıx əlaqə yaradıldığını deyib:


“Bildiyiniz kimi sərt karantin rejimi mayın 11-dən etibarən Fransada yumşaldılıb. Lakin insanlar hələ də ictimai yerlərdə sosial məsafənin qorunmasına diqqət edirlər. Çünki karantin rejimi yumşaldılsa da, virus ölkədə tamamilə sonlanmayıb. Vətəndaşlarımızla mütəmadi olaraq əlaqə saxlayırıq. Həm diaspor təşkilatı, həm də Azərbaycan səfirliyi burda qalan tələbələrimizlə daimi ünsiyyətdədir. Bu yaxın müddətdə tələbələrimizə yardım məqsədi ilə birdəfəlik ödəmə təyin olundu. Ödəmə üçün qeydiyyatdan keçən hər tələbənin kartına pul köçürüldü. Çalışdığımız qədər ehtiyacı olan bütün tələbələrə yardım edəcəyik”.


T.Zeynalov hələ ki Azərbaycana çarter reysin olmadığını deyib:


“Azərbaycana qayıtmaq üçün vətəndaşlarımız tərəfindən, tələbələr tərəfindən müraciət olub. Lakin hələ ki çarter reysin olacağı barədə məlumat yoxdur. Fransada yaşayan azərbaycanlılar arasında yeni virusa yoluxma faktı yoxdur, səhhətləri qaydasındadır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?