Modern.az

Fəttah Heydərov Milli Məclisə gəlməməyinin səbəbini AÇIQLADI: “Bir ağsaqqal kimi xahişim var”

Fəttah Heydərov Milli Məclisə gəlməməyinin səbəbini AÇIQLADI: “Bir ağsaqqal kimi xahişim var”

13 May 2020, 12:09

“Milli Məclisin Hesablayıcı komissiyasının katibi olaraq telefon vasitəsilə Komissiya üzvləri ilə əlaqə saxlayıram. Üzvlər arasında yeni deputatlar da var. Onlarla tanışlığımız olub”.

Bu fikirləri Modern.az-a Milli Məclisin Hesablayıcı Komissiyasının sədri Fəttah Heydərov deyib.


Deputat iclasa qatılmamasına da aydınlıq gətirib:


“Bildiyiniz kimi, deputatların parlamentin iclaslarına qatılması ilə bağlı heç bir qadağa yoxdur. Sadəcə olaraq yaşla əlaqədar qoyulan qaydalara riayət edirəm. “Evdə qalın” deyilirsə, evdə qalmalıyıq. Seçicilərimlə də telefon vasitəsilə əlaqə saxlayıram. Bu işdə köməkçim də mənə yardımçı olur. Seçicilərim müəyyən problemlər səsləndirirlər. Həmin problemlərin həll olunmasına çalışıram”.


Fəttah Heydərov indiki situasiyada planlar barədə danışmağın doğru olmadığını da qeyd edib:


“İndi elə bir vəziyyətdir ki, yeni planlar barədə danışmaq doğru deyil. Koronavirus pandemiyası bütün dünyada ağalıq edir. Bu səbəbdən də insanlar evdə qalmaq məcburiyyətindədirlər. Demək olar ki, işlərin çoxu internet üzərindən aparılır. Əsas odur ki, bu virus bitsin, salamatçılıq olsun. İnsanlarımız əvvəlki rahat həyatlarına  qayıtsınlar.

Bir ağsaqqal kimi insanlarımızdan xahişim var. Dövlətimizin qoyduğu qaydalara riayət etsinlər. Evdə otursunlar, xəstəliyə qalib gəlsinlər”.

Qeyd edək ki, Hesablayıcı komissiyanın katibi Mixael Zabelin, Komissiya üzvləri isə Elnur Allahverdiyev, Rauf Əliyev, Emin Hacıyev, Fəttah Heydərov, Sevinc Hüseynova, Sədaqət Vəliyevadır”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər