Modern.az

Kəlbəcərin yeni icra başçısı kimdir? - DOSYE

Kəlbəcərin yeni icra başçısı kimdir? - DOSYE

13 May 2020, 13:39

Xəbər verdiyimiz kimi bu gün Prezident İlham Əliyev Azər Bəhlul oğlu Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

Modern.az saytının məlumatına görə, Azər Bəhlul oğlu Qocayev 1985-ci il sentyabrın 7-də Sumqayıt şəhərinədə anadan olub.

1992-2003 illərdə Sumqayıt 31 saylı orta məktəbdə orta təhsil alıb. Elə həmin ildə də Sumqayıt Dövlət Universitetinin Elektroenergetika və Enerji maşınqayırması fakültəsinə daxil olub. 2007-ci ildə həmin Universiteti bitirərək həqiqi hərbi xidmətə yollanıb.

2009-cu ildə “Bakı Elektrikşəbəkə ASC”-də mühəndis vəzifəsində çalışıb.

2010-cu ildə “Azərenerji” ASC-nin Sumqayıt ES-də mühəndis vəzifəsində çalışıb. 2012-ci ildə “Sumqayıt REŞ” MMC-də mühəndis işləyib. 2015-ci ildə “Azərişıq” ASC-də mühəndis vəzifəsində çalışıb.

2017-ci ildən isə “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentində bölmə rəisinin müavini, 2018-ci ildə İnfrastruktur Departamentində Elektrik təchizatı xidmətində xidmət rəisinin müavini, 2019-cu ildən isə Elektrik enerjisinin satışı və istifadəsinin səmərəliliyinə nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. Son təyinatadək "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində işləyib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki övladı var.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir