Modern.az

Rəsmi Bakı “hamının-hamıya prinsipilə əsir və girovları dəyişdirməyə çalışır

Rəsmi Bakı “hamının-hamıya” prinsipilə əsir və girovları dəyişdirməyə çalışır

13 May 2020, 17:42

Düşünürük ki, COVID-19 Ermənistan üçün bir fürsətdir ki, torpaqlarımızı tərk etsinlər.

Modern.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında bildirib.

Prezidentin köməkçisi bildirib ki, Ermənistan münaqişənin həllini təhrif etməyə çalışır: “Koronavirusu da möhtəkirlik obyektinə çevirməyə çalışır. Koronavirus da dövlətlərin üzərində öhdəliklər qoyur. Ermənistan öz beynəlxalq öhdəliklərinə sadiq olduğunu nümayiş etdirmək istəyirsə, koronavirus da yaxşı fürsətdir. Ermənistan işğala son qoysun, köçkünlərin öz torpaqlarına qayıtmaq hüququ bərpa edilsin”.


H.Hacıyev qeyd edib ki, qlobal pandemiya şəraitində "hamının-hamıya" prinsipilə girov və əsirlərin dəyişdirilməsinə çalışılır: "Biz buna hər zaman hazırıq. Amma Ermənistan tərəfi özünün məkrli siyasətindən əl çəkmir, bu məsələdə də fərqli mövqe nümayiş etdirir".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu