Modern.az

Milli Məclis 19 məsələni müzakirə üçün toplaşır

Milli Məclis 19 məsələni müzakirə üçün toplaşır

Parlament

14 May 2020, 12:20

Milli Məclisin novbəti plenar iclasının vaxtı bəlli olub.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, plenar iclas mayın 19-da keçiriləcək. İclasın gündəliyinə 19 məsələ daxildir.

 

İclasda "İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında", Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Rsepublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş), Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş) və digər məsələlər müzakirə ediləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir