Modern.az

“Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” Ankarada nümayiş olunub

“Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” Ankarada nümayiş olunub

8 May 2012, 14:26

Ankarada “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin hazırladığı   «Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” filminin təqdimatı olub və filmin diskləri iştirakçılara paylanılıb. Filmin ideya müəllifi və baş məsləhətçisi, “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva Şuşanın işğalından bəhs edərək Dağlıq Qarabağ probleminin Türkiyə və bütün türk dünyasının ortaq problem olduğunu vurğulamışdır. O, Türkiyədə təhsil alan azərbaycanlı gənclərə, bütün türk gəncliyinə və türk mətbuatına müraciət edərək, Azərbaycanın qədim şəhəri olan Şuşanın işğalı, Ermənistanın Şuşada apardığı etnik təmizləmə siyasəti, tarixi-mədəni, dini  abidələrimizi, qəbirstanlıqlarımızı dağıtması bir sözlə törətdirkləri barbarlıqların dünyaya çatdırılmasında daha fəal təbliğat aparmağa çağırmışdır. Ermənistan Şuşada törətdiyi vandalizmə görə cavab verməlidirlər. Milli lider Heydər Əliyevin söylədiyi kimi, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan ola bilməz”.

O qeyd edib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ, Şuşa həqiqətlərinin dünyaya çatdırılması, bu cinayətləri törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. “ Dağlıq Qarabağ problemi bütün Türk dünyasının problemidir”- deyə millət vəkili əlavə edib. M illət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının  alınmasının tək bir yolu – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaq. “Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib. Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə sosial mediada səylərin artırılmasının, həqiqətlərin daha geniş şəkildə yayılması işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. 

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?