Modern.az

İlham Əliyev Putini təbrik edib

İlham Əliyev Putini təbrik edib

Aktual

8 May 2012, 14:32

Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın yeni prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. 
Modern.az-ın  AzərTAc-a istinadən verdiyi məlumata görə, İlham Əliyev Vladimir Putini Rusiyanın prezidenti vəzifəsinə başlamağı münasibətilə təbrik edib.Təbrikdə daha sonra deyilir:

“Əminəm ki, Azərbaycan və Rusiya arasında ənənəvi, inkişafına və möhkəmlənməsinə Sizin sanballı və mühüm töhfə verdiyiniz dostluq və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək və dərinləşəcək. İnanıram ki, bizim birgə səylərimiz bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafeyi naminə, Qafqazda sülh, sabitlik və təhlükəsizlik naminə strateji tərəfdaşlığımızın və çoxplanlı əməkdaşlığımızın hər cəhətdən genişlənməsinə yönələcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır