Modern.az

Yerevan girovların “hamının hamıya” prinsipi ilə azad olunmasını qəbul etmədi

Yerevan girovların “hamının hamıya” prinsipi ilə azad olunmasını qəbul etmədi

14 May 2020, 18:32

Ermənistan hakimiyyəti Azərbaycanla əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini qəbul etməyib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bu planı qəbul etmədiklərini deyib.

 

“Ermənistanın mövqeyi dəyişməzdir. Biz humanitar təşəbbüsləri dəstəkləyirik, amma törədilmiş ciddi cinayətlərin cəzasız qalmasına qarşıyıq. “Hamının hamıya” prinsipi insan haqları və humanitar hüquq sahəsində pozuntulara haqq qazandırmamalıdır”,- deyə Naqdalyan deyib.

 

Xatırladaq ki, Ermənistan kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi həbsdə saxlayır. Azərbaycanda isə Ermənustasn vətəndaşları Karen Kazaryan və Araik Kazaryan diversiya cəhdlərinə görə müvafiq olaraq 20 və 15 il müddətinə azadlıqdan məhrum edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı