Modern.az

Elçin Quliyevin DTX tərəfindən saxlanılan müavini KİMDİR?

Elçin Quliyevin DTX tərəfindən saxlanılan müavini KİMDİR?

14 May 2020, 19:08

Bu gün Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. 

 

Modern.az DTX-nın rəsmi saytına istinadən xəbər verir ki, cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.

Dövlət Sərhəd Xidmətinin Lənkəran, Neftçala və Xaçmaz rayonlarında Sahil Mühafizə İdarələrinin rəislərinin qanunazidd əməllər törətməsi barədə məlumat yayılmışdı.

 

Bəs Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin müavini, Sahil Mühafizəsinin rəhbəri Əfqan Vəli oğlu Nağıyev kimidr?

Onun barəsində açıq mənbələrdə geniş informasiyanın olmamasına rəğmən generalın Sahil Mühafizəsinə uzun illər rəhbərlik etdiyi məlumdur. O, həmçinin, Xəzər dənizində keçirilən hərbi təlimlərə rəhbərlik edib.

 

Əfqan Nağıyevin general-leytenat rütbəsini  2018-ci il avqusutun 16-da aldığı da məlumdur.

 

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi 2005-ci il 18 ferval tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi