Modern.az

Azərbaycanda neçə jurnalist koronavirusa yoluxub? - Mətbuat Şurasından AÇIQLAMA

Azərbaycanda neçə jurnalist koronavirusa yoluxub? - Mətbuat Şurasından AÇIQLAMA

15 May 2020, 10:00

Ötən gün yayılan xəbərə görə, jurnalist Xaliq Rəşidoğlu COVID-19 virusuna yoluxub. X.Rəşidoğlu Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında nəzarətdədir.

 

Azərbaycanda jurnalistlərin koronavirusa yoluxma halları ilə bağlı Modern.az-a danışan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli qeyd edib ki, qurum bu barədə monitorinq aparır:

 

“Qeyd olunan haldan əlavə, Azərbaycanda jurnalistlərin koronavirusa yoluxma halı qeydə alınmayıb. Halbuki, xaricdə yaşayan, fəaliyyət göstərən jurnalistlərdən koronavirusa yoluxanlar çox olub. Bir neçə gün əvvəl yaydığım statistikaya da nəzər salsaq, dünyada COVID-19-a yoluxub həyatını itirən jurnalistlərin sayı 67-dir. Virusa yoluxub ağır durum keçirən jurnalistlərin sayı isə 300-ə yaxın olub. Yalnız tanınmış jurnalist ölümləri açıqlandığından ölənlərin sayının daha çox olması istisna deyil.

 

Beynəlxalq təşkilatların hesabatlarına görə (PEC, İFJ və b), jurnalistlərin yoluxma və ölüm halları təqribən 25 ölkə ərazisini əhatə edir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı