Modern.az

Universitetlərin yay imtahan sessiyası onlayn keçirilə bilər - Cəsarət Valehov

Universitetlərin yay imtahan sessiyası onlayn keçirilə bilər - Cəsarət Valehov

Təhsil

15 May 2020, 14:21

“Universitetlərin yay imtahan sessiyasının onlayın formada keçirilməsi mümkün ola bilər”.

 

Bunu Modern.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.

 


Nazirlik rəsmisi bunun üçün tələbənin hazır olmasının xüsusi önəm daşıdığını qeyd edib:

 


“Yay imtahan sessiyalarının, yaxud da, buraxılış imtahanlarının onlayn formada keçirilməsi mümkündür. Bu məsələdə tələbənin də hazırlığı əsasdır. Əgər tələbə buna hazırdırsa, onlayn imtahanların keçirilməsi mümkün ola bilər”.

 


Cəsarət Valehov bu yaxınlarda universitetlərin mətbuat katibləri ilə onlayn formada keçirilən görüşdən də söz açıb:

 


“Pandemiya dövründə ali təhsil müəssisələrində piar işinin təşkili, əlaqələndirmə fəaliyyəti və bununla bağlı hansısa işlərin görülməsi ətrafında onlayn fikir mübadiləsi apardıq. Əslində bu cür müzakirələr fərdi formada da aparılır. Bu cür görüşləri vaxtaşırı edirik. Hesab edirəm ki, bu da həmin qəbildən olan müzakirə formatı idi”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?