Modern.az

Azərbaycanda toy və yas mərasimləri ilə bağlı QƏRAR VERİLDİ

Azərbaycanda toy və yas mərasimləri ilə bağlı QƏRAR VERİLDİ

Mədəni̇yyət

15 May 2020, 16:37

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə may ayının 18-dən koronavirus infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

 

Modern.az xəbər verir ki, budəfəki yumşalamalar da toy və yas mərasimlərinə şamil edilməyib.

 

Belə ki, ölkə ərzisində qeyri-müəyyən vaxtadək dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi qadağan olunur.

Eyni zamanda, qadağa toy məclislərinin təşkili ilə bağlı da qüvvədə qalıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir