Modern.az

Ötən il büdcənin gəlirləri proqnozla müqayisədə 1 milyard manatdan çox olub

Ötən il büdcənin gəlirləri proqnozla müqayisədə 1 milyard manatdan çox olub

16 May 2020, 11:06

2019-cu ildə dövlət büdcəsinin gəlirləri proqnozları üstələyib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatda bildirilib.

Belə ki, müvafiq dövr üçün dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat məbləğində proqnozlaşdırılıb. Lakin faktiki olaraq 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 218 milyon 100 min manat təşkil edib. Bu, proqnozla müqayisədə 1 milyard 50 milyon 100 min manat çoxdur.

 

Dövlət büdcəsinin gəlirlərinin 7 milyard 672 milyon 300 min manatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 4 milyard 408 milyon 600 min manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşür. 11 milyard 364 milyon 300 min manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 772,9 milyon manatı və ya 3,2 faizi digər gəlirlərin payına düşüb.

2019-cu il dövlət büdcəsinin xərcləri isə proqnozlaşdırılandan aşağı olub. Belə ki, ötən il üçün dövlət büdcəsinin xərcləri 25 milyard 190 milyon manat proqnozla qarşı 24 milyard 425 milyon 900 min manat icra edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir