Modern.az

Niderland və Belçikada qalan azərbaycanlılardan XƏBƏR VAR - 5 nəfər koronavirusa yoluxub

Niderland və Belçikada qalan azərbaycanlılardan XƏBƏR VAR - 5 nəfər koronavirusa yoluxub

Diaspor

16 May 2020, 11:40

Koronavirus pandemiyasının geniş miqyasda yayıldığı ölkələr arasında Niderland və Belçika da üst sıralarda yer alır. Belə ki, Belçikada mövcud pandemiyaya 54644 nəfər, Niderlandda 43880 nəfər yoluxub. COVID-19 xəstəliyindən ölüm halları isə Belçikada 8959 nəfər, Niderlandda 5662 nəfərədək yüksəkdir.

 

Hər iki ölkəyə həm iş, həm də təhsil üçün müraciət edən vətəndaşlarımızın sayı kifayət qədərdir. Maraqlıdır, hazırda onların vəziyyəti necədir? Vətəndaşlarımız arsında koronavirusa yoluxma faktı qeydə alınıbmı?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva Niderlanddakı bəzi tələbələrimizin pandemiya dövründə evdən işləməyə başladığını deyir: 

 

“Koronavirus geniş miqyasda yayıldığı gündən həm Belçika, həm də Niderlandda yaşayan azərbaycanlılarla əlaqəmiz daha da sıxlaşdı. Bura işləmək üçün müvəqqəti gələn azərbaycanlılarla, eləcə də tələbələrimizlə demək olar ki, son bir neçə ay ərzində hər gün danışmışam. Artıq onlardan əksəriyyəti Azərbaycana qayıdıb. Mart ayında iki dəfə çarter reys təşkil olundu və vətəndaşlarımızın böyük əksəriyyəti Azərbaycana geri dönə bildi. Lakin tələbələrin çoxu burda evdən işləyə bildiyi üçün geri qayıtmaq istəmədilər. Hazırda həmin tələbələrlə əlaqə saxlayıram. Əgər hansısa ehtiyacları olarsa bizə müraciət edə bilərlər. Lakin hələ də bəzi azərbaycanlılar var ki, vətənə qayıtmaq istəyirlər. Onlar da müvafiq reysin açılmasını gözləyir”.

 

Diaspor nümayəndəsi Niderlandda 5 nəfər vətəndaşımızın koronavirusa yoluxduğunu qeyd edib:

 

“Azərbaycanlılardan Niderlandda indiyədək 5 nəfər koronavirusa yoluxub. Onlardan 3-ü qadın, 2-i uşaqdır. Çox şükür ki, hazırda onların da səhhəti qaydasındadır. Virusa yoluxan bir vətəndaşımıza yardımçı oldum, həkimi ilə əlaqə saxlayıb xəstəxanaya apardıq. Bu gün artıq burada virusa yoluxan o 5 nəfər hamısı tam sağalıb. Belçikada yaşayan bəzi gənclərin bir ara maddi sıxıntısı oldu. Onlara görə Belçikadakı Azərbaycanlılar Mədəniyyət Mərkəzi aksiya başlatdı. Biz də bacardığımız qədər aksiyaya qoşulub yardım etdik. Daha sonra ehtiyacı olan həmin azərbaycanlı gənclərə köməklik göstərildi”.  

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü