Modern.az

“Prezident Administrasiyasında siyasi partiyalarla iş yüksək səviyyədə canlandı”

“Prezident Administrasiyasında siyasi partiyalarla iş yüksək səviyyədə canlandı”

16 May 2020, 16:25

“Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yeni rəhbərliyinin siyasi partiya sədrləri ilə tanışlıq prosesi başa çatdı. Artıq daha çox təkliflər, siyasi sistemin inkişafı haqqında müzakirələr, partiya demokratiyasının yüksəldilməsi istiqamətində addımlar atılacaq”.

 

Bu sözləri Modern.az-a Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyəti haqqında danışarkən Böyük Qurtuluş Partiyasının başqanı, deputat Fazil Mustafa deyib. O qeyd edib ki, Administrasiyada siyasi partiyalarla iş yüksək səviyyədə canlandı:

 

“Artıq siyasi partiyalar özlərinin hər hansı məsələ ilə bağlı təkliflərini, fikirlərini dövlət səviyyəsində çatdırmaq imkanlarına sahibdirlər. Bu proses xeyli effektiv forma aldı. Təbii ki, burada şöbənin rəhbəri Ədalət Vəliyevin rolu danılmazdır. Hər bir siyasi təşkilatın rəhbəri ilə şəxsən görüşmək, siyasi baxışları müxtəlif olan qüvvələrin problemlərə münasibətini araşdırmaq, bu istiqamətdə söhbətlər aparmaq elə də asan məsələ deyil. Hər bir halda bu proses geniş formatlı dialoq mühitinin yaranması ilə yekunlaşmalıdır. Bu dialoq mühiti isə qalıcı, davamedici olmalıdır. Çünki ölkədə artıq hadisələrin, yeni təzahürlərin ilk mənbəyi siyasi partiyalar olmalıdır. Siyasi partiyaların dövlət institutları sistemində rolu qabarıq görünməli, onların təşəbbüslərinə ciddi yanaşılmalıdır. Siyasi partiyaların atdığı addımları dövlət səviyyəsində dəyərləndirmək üçün müəyyən məsələləri müzakirə edib, qiymətləndirmək vacibdir. Bu baxımdan, hərtərəfli olaraq, bu məsələdə uzlaşma nəzərə çarpır”.  

 

Fazil Mustafanın fikrincə, Azərbaycanda dövlət qeydiyyatına alınmayan, aktiv siyasi partiya demək olar, yoxdur:

 

“Əgər dövlət qeydiyyatına alınmayan siyasi partiya olsaydı, ən azından fəallığına görə mətbuatda, ictimai rəydə adları çəkilərdi. Düşünürəm ki, kənarda qalan əksər siyasi partiyalar qeydə alındı. Dövlət qeydiyyatına alınmayan siyasi partiya varsa, müraciət etsinlər, indiki şərtlərdə müəyyən siyasi iradə ortaya qoyulubsa, manelərlə üzləşəcəkləri gözlənilmir”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir