Modern.az

Misirdə Elmar Məmmədyarovu təbrik ediblər – FOTO

Misirdə Elmar Məmmədyarovu təbrik ediblər – FOTO

9 May 2012, 19:00

9-10 may tarixlərində Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçirilən iclasında iştirak edən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki, İranın xarici işlər naziri Əli Əkbər Salehi və Qazaxıstanın xarici işlər nazirinin müavini Kayrat Umarov ilə görüşlər keçirib. Görüşlər zamanı ikitərəfli münasibətlər, regional məsələlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən Modern.az-a məlumat verilib.

Nazir Elmar Məmmədyarov həmçinin tədbirdə iştirakı çərçivəsində Sudanın xarici işlər üzrə dövlət naziri Salah Vanasi ilə görüş keçirib. Sudanın dövlət naziri BMT Təhlükəsizlik Şurasında sədrliyinin başlaması ilə bağlı Azərbaycanı təbrik edib, Sudanın ölkəmizlə əməkdaşlığını genişləndirmək əzmində olduğunu vurğulayıb və ölkəsindəki vəziyyət barədə məlumat verib. Görüşdə BMT Təhlükəsizlik Şurasının gündəliyində duran Sudanla bağlı məsələ ətrafında tərəflər arasında fikir mübadiləsi aparılıb.


Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi