Modern.az

Prezident zəlzələ bölgəsində yeni evlərin tikilməsini tapşırıb - FOTOLAR

Prezident zəlzələ bölgəsində yeni evlərin tikilməsini tapşırıb - FOTOLAR

9 May 2012, 23:25

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 may tarixli zəlzələdən zərər çəkmiş bölgənin sakinləri ilə görüşmək və təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış olmaq üçün təyyarə ilə Zaqatala rayonuna səfər edib.
Dövlətimizin başçısı helikopterlə zəlzələnin episentrindəki ərazini seyr edib.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Prezident İlham Əliyevə təbii fəlakətin nəticələri barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, mayın 7-də axşam saat 19:15-də zəlzələnin episentrində 12 ballıq cədvəl üzrə 7 bal gücündə baş verən təkrar yeraltı təkan daha ciddi dağıntılar törədib. Ümumiyyətlə, ötən müddətdə 500-dək yeraltı təkan qeydə alınıb və onlardan bir neçəsi daha çox hiss olunub.
Bildirilib ki, zəlzələ nəticəsində Zaqatala, Qax və Balakən rayonlarında üç minədək ev ya uçmuş, ya da qəzalı vəziyyətə düşüb. Çoxlu sayda sosial obyektə də ciddi ziyan dəyib.
Zəlzələnin episentrində yerləşən Zaqatala rayonunun Gözbaraq, Mamrux, Zəyəm, Muxax, Bazar, Kımır və Çobankol, eləcə də Qax rayonunun Güllük, Zərnə, Lələpaşa kəndlərində ciddi dağıntılar baş verib.
Diqqətə çatdırılıb ki, dövlət başçısının tapşırığına uyğun olaraq zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ qaydada qərargah yaradılıb və işçi qruplar dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq tədbirlər görür. Qısa müddətdə rayona Fövqəladə Hallar Nazirliyi tərəfindən çoxlu sayda texnika və avadanlıq, çadırlar, böyük miqdarda tikinti materialları gətirilib.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə də Zaqatala rayonuna tikinti materialları ilə kömək göstərilib. Zəlzələ bölgəsinə çoxlu sayda çadırlar gətirilərək quraşdırılıb.
Zaqatala, Qax və Balakən rayonlarına əlavə texnika, inşaat materialları, avadanlıq və digər zəruri materialların gətirilməsi davam edir.

Prezident Zaqatala rayonunun zəlzələnin episentrinə daha yaxın olan Gözbarax kəndində olub.

Dövlət başçısı kənd sakini, Qarabağ müharibəsi veteranı Mahir Sultanovun zəlzələdən ziyan çəkmiş evinə də baxıb.

Prezident zəlzələdən ziyan çəkən bütün ailələrə dövlətin hərtərəfli kömək göstərəcəyini, uçan evlərin yerində ən müasir tələblərə cavab verən və sahəsinə görə əvvəlkilərdən daha böyük olan yeni evlərin inşa ediləcəyini bildirib.

Prezident Gözbarax kənd sakinləri ilə görüşdə ötən illərdə ölkədə baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında olduğu kimi, bu dəfə də dövlətin zəlzələdən ziyan çəkənlərdən köməyini əsirgəməyəcəyini vurğulayıb və müvafiq tapşırıqlarını verib.

Kənd ağsaqqalı Əhməd Qurbanov təbii fəlakətin nəticələri ilə yerindəcə tanış olub, onların problemləri ilə maraqlandığı üçün dövlət başçısına təşəkkür edib.

Daha sonra prezident zəlzələdən daha çox kəndlərdən yaşayış məntəqülərindən olan Qax rayonun Güllük kəndinə də gəlib.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə zəlzələ nəticəsində bu rayonda baş vermiş dağıntılar və həyata keçirilən tədbirlər barədə dövlət başçısına məlumat verib.

Prezident kənd sakini Abdulla Məmmədovun zəlzələdən zərər çəkmiş evinə baxıb. Ölkə başçısı kənd sakinləri ilə də görüşündə dövlətin maliyyə imkanları ilə mayın 7-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

Prezident Zaqatala rayonunda yaradılmış Operativ Qərargahda müşavirə də keçirib.

Dövlət başçısı zəlzələ nəticəsində dağılmış evlərin tezliklə sökülüb, yerində sakinlərin istək və arzuları da nəzərə alınmaqla, sahəsinə görə daha geniş və keyfiyyətli evlərin tezliklə tikilməsi barədə tapşırıqlar verib.

Prezident İlham Əliyev bildirib ki, zəlzələnin nəticələrinin aradan qaldırılması, təmir-bərpa işlərinə başlanılması üçün Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20 milyon manat vəsait ayrıldığını qeyd edib.

Prezident zəlzələdən ziyan çəkmiş evlərin sakinlərinin müvəqqəti yerləşdirilməsi, onların ərzaq təminatı, səhiyyə və digər xidmətlərlə təmin olunması barədə də tapşırıqlar verib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli baş vermiş zəlzələ və onun nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə dövlət başçısına məlumat veriblər.

Zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış olan və müvafiq tapşırıqlarını verən Prezident İlham Əliyev mayın 9-da Bakıya qayıdıb. 










Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir