Modern.az

Dünya iqtisadiyyatı dirçəlir

Dünya iqtisadiyyatı dirçəlir

12 Yanvar 2010, 10:59

Avropa Mərkəzi Bankından müjdə: dünya iqtisadiyyatı tədricən dirçəlməyə başlayır. Modern.az xəbər verir ki, bu barədə açıqlamanı  Bankın prezidenti Jean-Claude Trichet verib. Onun sözlərinə görə, daha çox inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında irəliləyiş hiss olunur. Lakin bu ölkələrdə inflyasiya riskləri də artır.

Qlobal maliyyə böhranının episentrlərindən olan ABŞ-da da müsbət tendensiya müşahidə olunmaqdadır. Ağ Evin  iqtisadi müşaviri  Kristina Romerin sözlərinə görə,  ABŞ iqtisadiyyatında inkişaf müşahidə  olunur. Romer qeyd edib ki, Obama administrasiyası daha artıq inkişaf görmək istəyir. O əlavə edib ki, prezident təsiri olan iqtisadi stimullaşdırmanı davam etdirməyi planlaşdırır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir