May ayında Bakıda keçiriləcək “Eurovision 2012” yarışması öncəsi orta məktəblərdə “Son zəng”in vaxtından əvvəl keçirilməsi gözlənilmir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızının Modern.az-a verdiyi məlumata görə, “Son zəng”in vaxtının irəli çəkilməsi barədə rəsmi qərar yoxdur. Z.Əliqızının dediyinə görə, keçiriləcək müsabiqə tədris prosesinə heç bir maneə törətməyəcək. Belə ki, dərslər də, tədris prosesi də olduğu qaydada davam etdiriləcək. Odur ki, orta məktəblərdə “Son zəng”in vaxtından əvvəl çalınması nəzərdə tutulmayıb. Çünki həmin vaxtadək “Eurovision 2012” mahnı müsabiqəsi də bitəcək. Onun sözlərinə görə, hər il olduğu kimi bu ildə “Son zəng” may ayının sonundas, yəni 31-də olacaq.
Təhsil Nazirliyindən isə saytımıza bildirlib ki, yaxın günlərdə nazir Misir Mərdanovun “Son zəng”lə bağlı əmr verəcəyi gözlənilir
Gültəkin Ələsgər