Modern.az

Etibar Məmmədovdan iqtidar-müxalifət görüşlərinə REAKSİYA

Etibar Məmmədovdan iqtidar-müxalifət görüşlərinə REAKSİYA

19 May 2020, 08:52

Bir müddət əvvəl Prezident Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkədəki siyasi partiya rəhbərləri ilə görüşlər keçirib.

Görüş zamanı siyasi partiyalar və dövlət münasibətləri, siyasi partiyalar və parlament fəaliyyəti və s. məsələlər ətrafında səmərəli və işgüzar söhbətlər aparılıb.

Maraqlıdır, hakimiyyət nümayəndəsinin müxalifət partiyaları ilə görüşlərinin keçirilməsi ölkədəki siyasi proseslərə necə təsir edəcək?

Modern.az mövzu ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədova müraciət edib. O saytımıza açıqlamasında ölkədə qaynar siyasi proseslərin olmadığını söyləyib.

AMİP lideri Administrasiyanın şöbə müdirinin partiya sədrləri ilə keçirdiyi görüşləri xırda addım adlandırıb:

 “Azərbaycan Milli İstiqlal Partiyasının rəhbərliyi ilə də əlaqə saxlayıb görüşüblər və müəyyən məsələləri müzakirə ediblər. Əslində, Prezident Administrasiyası nümayəndəsinin partiya rəhbərləri ilə görüşüb dialoq aparması xırda addımlardır. Düşünürəm ki, bu, daha geniş formada olmalıdır. Bir-birlərini tanımalı, bir-birlərini qəbul etməli, fikirlərinə hörmətlə yanaşmalıdırlar. Bugünkü iqtidar sabah müxalifət, bugünkü müxalifət sabah iqtidar ola bilər. Dünyanın qanunu bundan ibarətdir. Hesab edirəm ki, bir-birlərinin mövcudluğunu qəbul etməlidirlər. Mövcud qanunları müvafiq şəkildə bir-birlərinə rəhbər etməlidirlər. Bir-birlərini inkar etməməlidir”.

Etibar Məmmədov siyasi məsələrdən danışarkən Qarabağ mövzusuna da toxunub:

“Qarabağ məsələsi ilə bağlı dəfələrlə demişəm və yenə də fikirlərimi təkrar edirəm. Torpaqlar azad olunmadan ermənilər heç bir güzəştə getməyəcək. Başqa yol yoxdur. Azərbaycanın kifayət qədər gücü var ki Qarabağ məsələsini həm Azərbaycanın, həm  beynəlxalq qanunların, həm də xalqın tələbinə  uyğun olaraq qüvvə tətbiq etməklə həll etsin, torpaqlarını işğaldan qurtarsın”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir