“Qarabağ münaqişəsinin həlli ilə bağlı situasiyanı çıxılmaz hesab etimirəm. Amma münaqişəni həll etmək asan olmayacaq”. Modern.az bildirir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan İrəvanda olan türk jurnalistlərinə müsahibəsində bildirib. Onun sözlərinə görə, 20 ildir davam edən münaqişə Azərbaycannın sərt mövqeyi dəyişməyincə həll olunmayacaq.
“Mən Azərbaycanın bu münaqişə ilə bağlı mövqeyinin dəyişdirə biləcəyinə isə ciddi şübhə edirəm. Danışıqlar davam etsə də, prosesin özü dalana dirənib”-deyə Oskanyan vurğulayıb.
Eks-nazir bildirib ki, danışıqların parlament seçkilərindən sonra “dirildiləcəyi” barədə heç bir proqnoz verə bilməz.