Modern.az

Onlayn dərslər keçməyən müəllimlərə əməkhaqları verilməyəcək? - Nazirlikdən açıqlama

Onlayn dərslər keçməyən müəllimlərə əməkhaqları verilməyəcək? - Nazirlikdən açıqlama

19 May 2020, 11:15

Təhsil Nazirliyi “Virtual məktəb” (www.virtual.edu.az) portalında qeydiyyatdan keçməyən və şagirdlərə onlayn dərslər keçməyən müəllimlərə əməkhaqlarının verilməyəcəyi ilə bağlı məlumatlara münasibət bildirib.

 

Modern.az xəbər verir ki, Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdirinin müavini Orxan Abbasov Trend-ə açıqlamasında bu məlumatın düzgün olmadığını deyib:

 

“Müəllimin portalda (www.virtual.edu.az) qeydiyyatdan keçməsi ilə onun əməkhaqqısı arasında heç bir əlaqə yoxdur. Bu portal müəllim və şagirdlər üçün yaradılan əlavə imkandır. Əgər müəllim dağ kəndində yaşayırsa, onun kompüter və interneti yoxdursa, o, dərslərə necə qoşula bilər?! Biz buna görə müəllimlərin əməkhaqlarını kəsə bilmərik. Bu məsələ müzakirə mövzusu da deyil”.

 

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar bütün təhsil müəssisələrində təlim-tədris prosesi dayandırıldığından Təhsil Nazirliyi tərəfindən aprelin 2-dən "Virtual məktəb" layihəsinə start verilib. Layihənin məqsədi Nazirliyin yayımladığı teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirməkdir. Portalda qeydiyyatdan keçən müəllimlər şagirdlərinə onlayn dərslər də keçə bilirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir