Modern.az

“Rəsulzadə Azərbaycan dövlətinin yaradıcılarından biridir, bəs baba Paşinyan kimdir?!” - Vitse-spiker

“Rəsulzadə Azərbaycan dövlətinin yaradıcılarından biridir, bəs baba Paşinyan kimdir?!” - Vitse-spiker

Parlament

19 May 2020, 11:48

“Qarşıdan Azərbaycan Xalq Cümhuriyyətinin bayramı gəlir. Erməni mətbuatında AXC rəhbərliyinə, onun liderinə qarşı kütləvi böhtan və şər yağdırılır. Azərbaycan Xalq Cumhuriyyətinin banisi Paşinyanın babası ilə müqayisə olunur. İttiham belə qoyulur ki, mənim babam faşizmə xidmət edirsə, sizin də baniniz faşistlərlə əməkdaşlıq edib”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında gündəliyin müzakirəsi zamanı Milli Məclis sədrinin müavini Fəzail İbrahimli deyib. O bildirib ki, bu Paşinyanın sayıqlamasıdır:

 

“Paşinyan Azərbaycan Prezidenti tərəfindən siyasi zərbə alıb. Rəsulzadə Azərbaycan dövlətinin yaradıcılarından biridir. Baba Paşinyan kimdir?! Faşistlərə əsir düşəndən sonra faşizmə qulluq edən kommunistdir! Paşinyanın babası 1943-cü ildə imdad diləyib və uğursuz nəticə əldə edib. Rəsulzadə ilə Paşinyanın babası müqayisə edilə bilməz. Paşinyana faşistpərəst adı verirlər. Pərəst o adam olur ki, istədiyi ideologiyaya sevinir. Paşinyanda pərəstiş olmayıb, o xəyanət edib və ideologiyadan istifadə edib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı