Modern.az

İzmirdə Şuşanın işğaının 20 illiyi ilə bağlı tədbir keçirilib - FOTO

İzmirdə Şuşanın işğaının 20 illiyi ilə bağlı tədbir keçirilib - FOTO

10 May 2012, 14:11

Türkiyənin İzmir şəhərində Zəkəriyyə Doğan mədəniyyət mərkəzində Şuşanın işğalının 20-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Türkiyə Azərbaycan dostluq cəmiyyətləri rəhbərləri, Azərbaycan Kültür və Dayanışma Evinin rəhbəri, Bornova rayon sabiq bələdiyyə sədri, Azərbaycanın Türkiyə Respublikasındakı səfirliyinin İzmir nümayəndəsi, Türkiyədə təhsil alan əcnəbi və yerli tələbələr və qardaş ölkədə yaşayan azərbaycanlılar iştirak edib.

Tədbir Azərbaycan Respublikasının və Türkiyə Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə açılıb. Daha sonra Azərbaycan Kültür və Dayanışma Evinin rəhbəri Turgut Arat və Bornova rayon sabiq bələdiyyə sədri Cengiz Bulud  Şuşanın işğalı , Dağlıq Qarabağ münaqişəsi və işğal olunmuş digər Azərbaycan rayonları barəsində iştirakçılara ətraflı məlumat verdi. Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə səfirliyinin İzmir nümayəndəsi Cavid Əliyev tədbirdə çıxış edib. Türkiyədə təhsil alan İran azərbaycanlısı Məlihə Əzizpur Qarabağla bağlı yazdığı şerin səslənməsi ilə davam edib. Türkiyə Respublikasında dövlət hesabına  təhsil alan iqtisad elmləri üzrə fəlsəfə doktorluğuna namizəd Elmir Səfərli və sənət tarixi üzrə fəlsəfə doktorluğuna namizəd Ziyad Quliyev “Qarabağ münaqişəsinin həlli yollarında gənclərin rolu” mövzusunda çıxış ediblər. Onlar gəncləri Qarabağ münaqişəsi, işğal altında olan torpaqlar və soyqırımla bağlı dünya ictimaiyyətinin məlumatlandırılması prosesində bu tipli aksiyaların və tədbirlərin daha da aktiv şəkildə keçirilməsinə çağırıblar. Tədbirdə Qarabağ müharibəsi zamanı həlak olan şəhidlərimizin ruhuna Quran oxunub və  ehsan  verilib.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir