Modern.az

Nazirlikdən I-III kurs tələbələrinin qiymətləndirilməsi ilə bağlı AÇIQLAMA

Nazirlikdən I-III kurs tələbələrinin qiymətləndirilməsi ilə bağlı AÇIQLAMA

Təhsil

20 May 2020, 13:50

Bu il I-III kursda təhsil alan tələbələrin cari və aralıq qiymətləndirmələri ali təhsil müəssisəsinin özünün müəyyən etdiyi formada aparılacaq.

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində sektor müdiri Yaşar Ömərli bildirib.

Onun sözlərinə görə, bu proses Nazirlik ilə razılaşdırılmaqla, aparılacaq.

Y.Ömərov qiymətləndirmə ilə bağlı ali və orta ixtisas təhsili müəssisələrinin müəyyən təkliflərini artıq TN-nə təqdim etdiklərini də söyləyib:

 

"Tələbələr 50 balı semestrdə, 50 balı imtahanda toplayırlar. Ali təhsil müəssisəsi özü bu nisbəti dəyişə bilər. Məqsədə müvafiq olduğu və müəyyən təhlillər aparıldığı halda ola bilər ki, bu nisbət azaldılıb, çoxaldıla da bilər. Məsələn, 30 bal semestrə, 70 bal imtahana və ya əksinə verilə bilər".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır