Modern.az

Tümendə azərbaycanlı özünü və qızını 9-cu mərtəbədən atıb

Tümendə azərbaycanlı özünü və qızını 9-cu mərtəbədən atıb

12 Yanvar 2010, 13:14

Ötən gecə Rusiyanın Tümen vilayətində müdhiş hadisə baş verib.  Modern.az-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, 33 yaşlı Azərbaycan vətəndaşı arvadı ilə mübahisədən sonra özünə qəsd edib.
Tümen vilayəti İstintaq İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, soydaşımız əvvəlcə azyaşlı qızını 9-cu mərtəbənin pəncərəsindən atıb. Daha sonra isə özünü atıb. Həmyerlimiz hadisə yerindəcə keçinib. Azyaşlı qızcığaz  isə təcili maşınla xəstəxanaya çatdırılarkən yolda keçinib. Hazırda faktla bağlı araşdırmalara başlanılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?