Modern.az

Rusiya və Səudiyyə Ərəbistanı arasında yeni qiymət müharibəsi başlaya bilər

Rusiya və Səudiyyə Ərəbistanı arasında yeni qiymət müharibəsi başlaya bilər

21 May 2020, 13:00

Neftin bir barrelinin 50-55 dollara qədər artması Rusiya və Səudiyyə Ərəbistanı arasında yeni qiymət davasına səbəb ola bilər. Modern.az xəbəır verir ki, bu haqda Rusiya mətbuatı məlumat yayıb.

Konfliktin uzadılması hər iki tərəfə sərf etmədiyindən, hazırda qarşıdurmaya fasilə verilib. Amma dünya bazarları uğrunda mübarizənin yenidən davam edəcəyi gözlənilir. Reytinq agentlikləri ilin sonuna qədər “Brent” neftinin bir barrelinin 30 dollara, 2021-ci ildə isə 50 dollara qədər artacağını ehtimal edirlər. Daha sonra isə qiymət 55 dollara qalxa bilər.

Neftin qiyməti OPEC+ razılaşması qüvvəyə mindikdən sonra artmağa başlayıb. Bu müqaviləyə əsasən, 23 ölkə gün ərzində bazardan 9,7 milyon barrel neftin çıxarılmasına qərar verdi. Ən böyük öhdəçiliyi isə Rusiya və Səudiyyə Ərəbistanı öz üzərinə götürdü. Bundan əlavə krallıq iyun ayından hasilatı gündə daha 1 milyon barel azaldacağına söz vermişdi.

İki ölkə arasında qiymət müharibəsi martın əvvəllərində, tərəflərin bu formatda razılığa gələ bilməməsindən sonra başladı. O zaman Ər-Riyad Rusiyanın ənənəvi satış bazarı olan Avropaya rekord endirimlər təklif etdi. Bu da Rusiya neftinin satışının xeyli azalmasına səbəb oldu. Münaqişə Səudiyyə Ərəbistanı üçün də itkisiz ötüşmədi. Ölkə ciddi büdcə problemləri ilə üz-üzə qaldığından güzəştlərinin bəzilərindən vaz keçməli oldu.                              

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi