Modern.az

Beynəlxalq təşkilatlardakı deputatlardan “andiçmə” mərasiminə ETİRAZ

Beynəlxalq təşkilatlardakı deputatlardan “andiçmə” mərasiminə ETİRAZ

Parlament

21 May 2020, 13:09

İşğalçı Ermənistan bu gün Azərbaycanın Şuşa şəhərində Qarabağ separatçılarına növbəti təxribat şousu keçirməyi planlaşdırıb. Saat 18:00-da Şuşadakı Mədəniyyət Evində Qarabağ separatçılarının yeni lideri Araik Arutunyana “andiçmə mərasimi” düzənlənəcək. Ermənistanın baş naziri Nikol Paşinyanın da “mərasimdə” iştirak üçün Şuşaya gələcəyi gözlənilir.


Təbii ki, Ermənistanın işğal altında  torpaqlarımızda növbəti təxribata hazırlaşması Azərbaycanda da hiddətə səbəb olub.

Məsələ ilə bağlı Azərbaycanın beynəlxalq təşkilatlarında təmsil olunan deputatları etirazlarını bildirəcəklərmi?

 

Modern.az Milli Məclisin beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyətlərinin üzvləri ilə əlaqə saxlayıb.

 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, andiçmə mərasiminin təşkil olunmasında məqsəd Azərbaycan tərəfini qıcıqlandırmaq, növbəti danışıqlar prosesinə hansısa formada müdaxilə edərək qondarma rejimin “legitimliyini” nümayiş etdirməkdir:

 

“Bunların hamısı erməni tərəfinin uzun illərdir  apardığı destruktiv siyasətində özünü göstərir. Çünki son zamanlar bununla bağlı olaraq aktivləşiblər. Aktivləşmənin də səbəbi odur ki, bunlar hər dəfə layiqli cavab alırlar. Layiqli cavab da bu formadadır. Bütün beynəlxalq resurslar, keçirilmiş seçkilərlə bağlı öz münasibətini bildirib və onu saxlayıb. Hətta kənarda qalan Avopa Şurası yazışmada, məktublarda eyni mövqeyini konkret olaraq nümayiş etdirərək tələsik bəyanatlar, məktublar göndərməyə başlayıblar. Bundan başqa mayın 11-i Avropa Parlamenti onlara birbaşa zərbə vurub. Bu zərbə də ondan ibarətdir ki, Avropa Birliyinin bütün sənədlərində Azərbaycanın ərazi bütövlüyü və mövcud formatının idarə olunması qeyd olunur. Bir neçə gün bundan əvvəl Avropa Parlamentinin Beynəlxalq əlaqələr komitəsinin iclasında sənəd qəbul olunub. Sənəddə Azərbaycanın ərazi bütövlüyü və ermənilərin təklif etdiyi dəyişikliklərin keçməməsi qeyd edilib. Hələ Trampın məktubundan, bir neçə beynəlxalq təşkilatın münaqişə ilə bağlı mövqeyindən, Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatından söhbət açmıram. Bütün bunlar onu göstərir ki  bunlar dünyada gedən proseslərə ermənisayağı cavab vermək niyyətindədirlər. Ermənisayaq cavabın verilməsi qıcıqlandırma siyasəti daşıyır”.

 

Nümayəndə heyətinin rəhbəri bildirib ki, AŞPA-ya tez-tez etiraz məktubları göndərilir:

 

“Təbii ki, bu provokasiya ilə bağlı məsələləri də AŞPA-nın deputatlartına müntəzəm olaraq göndəririk. Seçkilərin keçirilməsi, liderin seçilməsi inaqurasiyanın təşkili provokasiyadır. Dünən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevlə birgə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məktub yazmışıq. Həmin  məktub AŞPA-nın prezidentinə, baş katibinə göndərilib”.

 

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Əminə Ağazadə də “andiçmə mərasimi”nin növbəti təxribat olduğunu deyib:

 

“Yeni liderin seçilməsini qətiyyətlə pisləyirik. Bu, ermənilərin növbəti şousudur. Bir daha erməni xislətlərini ortaya qoyurlar. Sabah ATƏT PA-nın növbəti onlayn "vebinar"ı keçiriləcək. Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri də "vebinar"da iştirak edəcək. Bildiyiniz kimi, hər iclasda mövzular başqa olsa da, hər zaman Dağlıq Qarabağla bağlı mövqeyimizi bildiririk. Sabah da bugünkü "andiçmə mərasimi” ilə bağlı fikirlərimizi səsləndirəcək və etirazımızı bildirəcəyik”.

 

Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı hər zaman etiraz etdiklərini qeyd edib:

 

"Martın 31-də keçirilən seçkilərə də etirazımızı bildirmişdik. Hətta bütün beynəlxalq təşkilatlar o seçkiləri tanımadıqlarını qeyd etdilər. Əgər  bu seçkilər beynəlxalq aləmdə  tanınmırsa, “andiçmə mərasimi” niyə keçirirlər?! Bu da şoudur. Bu Paşinyanın ömrünü uzatması üçün bir şoudur. Biz hər zaman əlimizdən gələni edirik. Müxtəlif vasitələrlə etirazımızı bildiririk”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir